Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin mənfi saldosu 7% azalıb

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin mənfi saldosu 7% azalıb
# 20 fevral 2020 14:45 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 167 068,31 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 2 417,8 min dollar və ya 1,4% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu ilin yanvar ayında ixracın həcmi 1 207,5 min dollar və ya 2,5% artaraq 50 049,5 min dollar, idxalın həcmi isə 3 625,3 min dollar və ya 3% azalaraq 117 018,8 min dollar təşkil edib. Beləliklə idxal ixracı 2,3 dəfə üstələyib.

2020-ci ilin yanvar ayında 66 969,2 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 4 832,8 min dollar və ya 6,7% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR