Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi yanvarda 2% artıb

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi yanvarda 2% artıb
# 21 fevral 2020 12:35 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 224 418,1 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 4 388,8 min dollar və ya 2% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin yanvar ayında Azərbaycandan Türkiyəyə ixracın həcmi 122 736,2 min dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 4 982,2 min dollar və ya 3,9% azdır. İdxalın həcmi isə 101 681,8 min dollara bərabər olub ki, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 9 371 min dollar və ya 10% artıb.

Nəticədə, bu ilin yanvar ayında 21 054,4 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 14 353,3 min dollar və ya 40,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR