Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi ötən il 4 mlrd. dollardan çox olub

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi ötən il 4 mlrd. dollardan çox olub
# 18 yanvar 2021 09:49 (UTC +04:00)

2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 2,598 mlrd. dollar təşkil edib ki, bu da 2019-cu il ilə müqayisədə 9,3% azdır. İdxalın həcmi isə 1,563 mlrd. dollara bərabər olub ki, bu göstərici 2019-cu il ilə müqayisədə 5,1% azalıb.

Nəticədə, 2020-ci ildə 1,035 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 14,9% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR