Azərbaycanın ÜDM-i ötən il 4,3% azalıb

Azərbaycanın ÜDM-i ötən il 4,3% azalıb
# 13 yanvar 2021 10:05 (UTC +04:00)

2020-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi 2019-cu il ilə müqayisədə 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə qeyri-neft ÜDM-i 2,6% azalaraq 50 792,5 mln. manata enib.

Əhalinin hər nəfərinə düşən ÜDM 7 262,8 manata bərabər olub və bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR