Azərbaycanın avtomobil bazarında orta qiymət son bir ildə 3% azalıb

Azərbaycanın avtomobil bazarında orta qiymət son bir ildə 3% azalıb
# 13 dekabr 2019 16:23 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda minik avtomobillərinin orta satış qiyməti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, noyabr ayında əvvəlki ayla müqayisədə isə minik avtomobillərinin qiymətində 0,1%-lik artım qeydə alınıb.

Rəsmi statistikaya əsasən, noyabrda bir minik avtomobili üzrə orta aylıq satış qiyməti 35 108 manat təşkil edib.

"Minik avtomobillərinin ehtiyat hissələrinin orta satış qiyməti noyabr ayı ərzində 0,1% azalıb. Yanvar-noyabr ayı ərzində isə ehtiyat hissələri əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 1% bahalaşıb", - deyə Komitədən bilirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR