Azərbaycanın bank sektorunun aktivləri son bir ildə 2%-dən çox azalıb

Azərbaycanın bank sektorunun aktivləri son bir ildə 2%-dən çox azalıb
  • Clock-gray 13:09
  • calendar-gray 25 Dekabr 2020

Azərbaycanın bank sektorunun cəmi aktivləri ilin əvvəlindən 6,1% azalaraq cari ilin dekabrın 1-nə 30 743 mln. manat təşkil edib. Son bir ildə isə bankların aktivləri 2,2% azalıb.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bankın hesabatına əsasən, bu müddətdə müştərilərə verilən kreditlərin həcmi isə 3% azalaraq 14 304,7 mln. manata enib. Son bir ildə isə bu göstərici 2,2% azalıb.

Bu müddətdə bank sektorunun cəmi öhdəlikləri 7,3% azalaraq cari il dekabrın 1-nə 26 081,8 mln. manat təşkil edib. Öhdəliklərin 19 312,7 mln. manatını depozitlər (maliyyə institutları istisna olmaqla) əhatə edib.

Məlumata əsasən, cari il dekabrın 1-nə bank sektorunun cəmi kapitalı 4 661,2 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,7% çoxdur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər