Azərbaycanın bank sektorunun cəmi aktivləri fevralda cüzi artıb

Azərbaycanın bank sektorunun cəmi aktivləri fevralda cüzi artıb
# 29 mart 2021 13:21 (UTC +04:00)

Azərbaycanın bank sektorunun cəmi aktivləri 2021-ci ilin martın 1-nə 32 203,4 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,8% çoxdur.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu müddətdə bank sektorunun cəmi öhdəlikləri 0,8% artaraq cari ilin martın 1-nə 27 437,7 mln. manat təşkil edib. Öhdəliklərin 20 653,8 mln. manatını depozitlər (maliyyə institutları istisna olmaqla) əhatə edib.

Bildirək ki, depozitlərin 8 247,5 mln. manatı fiziki şəxslərin depozitlərinin payına düşüb.

Məlumata əsasən, 2021-ci ilin martın 1-nə bank sektorunun cəmi kapitalı 4 765,7 mln. manat təşkil edib və fevral ərzində 1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR