Azərbaycanın bank sektorunun cəmi aktivləri ötən il 2% azalıb

Azərbaycanın bank sektorunun cəmi aktivləri ötən il 2% azalıb
  • Clock-gray 17:22
  • calendar-gray 26 Yanvar 2021

Azərbaycan bank sektorunun cəmi aktivləri 2020-ci il ərzində 2% azalaraq 2021-ci ilin yanvarın 1-nə 32 055,30 mln. manat təşkil edib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu müddətdə bank sektorunun cəmi öhdəlikləri 2,8% azalaraq cari il yanvarın 1-nə 27 356,10 mln. manat təşkil edib. Öhdəliklərin 20 722,9 mln. manatını depozitlər (maliyyə institutları istisna olmaqla) əhatə edib.

Bildirək ki, depozitlərin 8 044,7 mln. manatı fiziki şəxslərin depozitlərinin payına düşüb.

Məlumata əsasən, 2021-ci ilin yanvarın 1-nə bank sektorunun cəmi kapitalı 4 699,2 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 2,5% çoxdur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər