Azərbaycanın bank sektorunun cəmi aktivlərinin 33%-i ötən ilin sonuna likvid olub

Azərbaycanın bank sektorunun cəmi aktivlərinin 33%-i ötən ilin sonuna likvid olub
# 09 mart 2021 17:21 (UTC +04:00)

Azərbaycanın bank sektorunun likvid aktivləri 2020-ci ildə cəmi aktivlərin 32,9%-ni təşkil edib.

"APA-Economics"in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Sözügedən aktivlərin həcmi 10,5 mlrd. manata bərabər olub və sektorun ani likvidlik əmsalı 60,9% təşkil etməklə minimum tələbi (30%) 2 dəfə üstələyib. Bankların likvid aktivlərinin 53%-i (3,3 mlrd. ABŞ dolları) xarici valyutada olub.

Qeyd edək ki, likvid aktivlərin 31,4%-i (3,3 mlrd. manat) nostro hesablarda, 27,7%-i (2,9 mlrd. manat) Mərkəzi Bankda olan müxbir hesablarda, 26,4%-i (2,8 mlrd. manat) dövlət qiymətli kağızlarında, 14,5%-i isə (1,5 mlrd. manat) nağd vəsaitlərdə olub.

Xatırladaq ki, Azərbaycan bank sektorunun cəmi aktivləri 2020-ci il ərzində 2% azalaraq 2021-ci ilin yanvarın 1-nə 32 055,30 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR