Azərbaycanın bank sektorunun xalis mənfəəti 25% azalıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 25% azalıb
# 29 mart 2021 13:13 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın bank sektoru 73,1 mln. manat həcmində xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 25,3% azalıb.

Hesabata əsasən, yanvar-fevralda bankların xalis faiz gəliri 227,2 mln. manat, qeyri-faiz gəlirləri isə 104,8 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR