Azərbaycanın bank sektorunun xalis mənfəəti I rübdə 9% azalıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti I rübdə 9% azalıb
# 21 aprel 2021 17:16 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın bank sektoru 148,8 mln. manat həcmində xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% azalıb.

Hesabata əsasən, I rübdə bankların xalis faiz gəliri 351,7 mln. manat, qeyri-faiz gəlirləri isə 170,8 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR