Azərbaycanın bank sektorunun xalis mənfəəti yanvarda kəskin azalıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti yanvarda kəskin azalıb
# 23 fevral 2021 12:50 (UTC +04:00)

Azərbaycanın bank sektoru 2021-ci ilin yanvar ayında 25,4 mln. manat həcmində xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni ayı ilə müqayisədə 48,6% azalıb.

Hesabata əsasən, yanvarda bankların xalis faiz gəliri 113,1 mln. manat, qeyri-faiz gəlirləri isə 49,6 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR