Azərbaycanın bank sektorunun xarici borcu ötən il 23% azalıb

Azərbaycanın bank sektorunun xarici borcu ötən il 23% azalıb
# 09 mart 2021 17:25 (UTC +04:00)

2020-ci ildə Azərbaycan bank sektorunun xaric borcu 23,1% azalaraq 447,2 mln. ABŞ dollarına enib.

"APA-Economics"in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabat dövrünün sonuna bankların cəmi öhdəliklərinin yalnız 2,8%-ni xarici borc təşkil edib.

Qeyd edək ki, ötən il bank sektorunun cəmi öhdəlikləri 2,8% azalaraq cari il yanvarın 1-nə 27 356,10 mln. manat təşkil edib. Öhdəliklərin 20 722,9 mln. manatını depozitlər (maliyyə institutları istisna olmaqla) əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR