Azərbaycanın bankdaxili valyuta bazarında əməliyyatların həcmi yanvar-sentyabrda 13%-dən çox azalıb

Azərbaycanın bankdaxili valyuta bazarında əməliyyatların həcmi yanvar-sentyabrda 13%-dən çox azalıb
  • Clock-gray 17:17
  • calendar-gray 20 Noyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında bankdaxili valyuta bazarında (BDVB) valyuta əməliyyatlarının həcmi 11,2 mlrd. ABŞ dollar ekvivalentində olub ki, bu da illik müqayisədə 13,2% azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bunun 79,4%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93,6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 2,6% azalaraq hesabat dövründə 4,2 mlrd. ABŞ dollarına enib. Bunun 3,7 mlrd. dollarını və ya 88,1%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

AMB qeyd edir ki, son bir neçə ayda nağd xarici valyutanın xalis satışı (satışlardan alışlar çıxılmaqla) stabilləşib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər