Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2025-ci ilədək kəskin artacaq - PROQNOZ

Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2025-ci ilədək kəskin artacaq - PROQNOZ
# 22 dekabr 2020 12:47 (UTC +04:00)

2021-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 104,8 mln. ABŞ dolları və ya proqnozlaşdırılan ÜDM-in 0,2%-ni təşkil edəcəyi proqnozlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.

Uzunmüddətli proqnozlara əsasən, 2022-ci ildə ölkənin cari əməliyyatlar hesabının profisitinin 8,1 dəfə artaraq 847,9 mln. dollara və ya ÜDM-in 1,8%-nə çatacağı gözlənilir. 2023-cü ildə sözügedən göstəricinin artıq 1,950 mlrd. dollara (ÜDM-in 3,8%-i), 2024-cü ildə isə 2,408 mlrd. dollara (ÜDM-in 4,5%-i) bərabər olacağı güman edilir.

Faktiki göstəricilər gəldikdə, Azərbaycan Mərkəzi Bankının yeni hesabatına görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın cari əməliyyatlar hesabının kəsiri 208,3 mln. ABŞ dolları və ya ÜDM-in 0,7%-ni təşkil edib. 2019-cu ildə profisit ÜDM-in 9,1%-nə və ya 4,364 mlrd. dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR