Azərbaycanın dövlət büdcəsində 560 mln. manata yaxın profisit yaranıb

Azərbaycanın dövlət büdcəsində 560 mln. manata yaxın profisit yaranıb
# 16 mart 2021 12:36 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 4 029,4 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, dövlət büdcəsinin xərcləri isə 3 469,8 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 4,2% çoxdur.

Beləliklə, ölkənin dövlət büdcəsinin profisiti 559,6 mln. manat və ya ÜDM-in 4,7%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR