Azərbaycanın dövlət büdcəsində bu ilin sonuna 500 mln. manat profisitin yaranacağı gözlənilir

Azərbaycanın dövlət büdcəsində bu ilin sonuna 500 mln. manat profisitin yaranacağı gözlənilir
# 23 dekabr 2020 11:33 (UTC +04:00)

“İlin sonuna kimi dövlət büdcəsinin icrası zamanı xəzinədə 500 mln. manat qalıq qalacaq. Bu qalıq dövlət büdcəsinin kəsrinin maliyyələşdirilməsi üçün istifadə olunacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, dövlət büdcəsinin kəsri hədəflərin təmin edilməsi məqsədilə ÜDM-nin 4,1%-dək genişləndirilir: “Dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində də bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Əsasən, ortamüddətli xərclər çərçivəsinin, nəticə əsaslı büdcənin istifadəsinə başlanılacaq. Ortamüddətli xərclər üzrə nəticələrin əldə edilməsi üçün Təhsil, Kənd Təsərrüfatı nazirlikləri də müvafiq protokollar imzalayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR