Azərbaycanın dövlət büdcəsinin kəsiri III rübdə 970 mln. manata yaxın olub

Azərbaycanın dövlət büdcəsinin kəsiri III rübdə 970 mln. manata yaxın olub
# 21 oktyabr 2020 15:07 (UTC +04:00)

Azərbaycan Maliyyə Nazirliyi bu ilin III rübündə (iyul-sentyabr) dövlət büdcəsinin icrasına dair göstəriciləri açıqlayıb.

"APA-Economics"in nazirliyə istinadən məlumatına görə, III rüb üzrə dövlət büdcəsinin mədaxil proqnozu 5 941,8 mln. manat icra olunub. Bu, cari ilin II rübü ilə müqayisədə 1 703,1 mln. manat və ya 41% çox, ötən ilin III rübü ilə müqayisədə isə 523,7 mln. manat və ya 8,1% azdır.

Xərclərə gəldikdə, 2020-ci ilin III rübündə dövlət büdcəsinin xərcləri 6 911,4 mln. manat icra olunub. Bu, cari ilin II rübü ilə müqayisədə 435,2 mln. manat və ya 6,7%, ötən ilin III rübü ilə müqayisədə isə 1 171,8 mln. manat və ya 20,4% çoxdur.

Göründüyü kimi, bu ilin III rübündə dövlət büdcəsinin icrasında 969,6 mln. manatlıq kəsir yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR