Azərbaycanın dəstəyi ilə Monteneqronun maliyyə monitorinqi orqanı "Egmont Group"a üzv olub

Azərbaycanın dəstəyi ilə Monteneqronun maliyyə monitorinqi orqanı "Egmont Group"a üzv olub
# 04 noyabr 2020 16:24 (UTC +04:00)

Dünyanın Maliyyə Monitorinqi Orqanlarının (MMO) ixtisaslaşmış beynəlxalq təşkilatı olan “Egmont Group”a üzvlüyü çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (MMX) dəstəyi ilə Monteneqronun MMO-su olan Çirkli Pulların Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə Departamentinin “Egmont Group”a üzvlüyə qəbul olunma prosesi uğurla yekunlaşaraq Monteneqro MMO-sunun sözügedən quruma tamhüquqlu üzv seçilməsi ilə nəticələnib.

MMX-dən "APA-Economics"ə verilən məlumata görə, belə ki, bu proses çərçivəsində Monteneqro MMO-nun üzvlük müraciəti MMX-nin dəstəyi ilə hazırlanaraq müvafiq səyyar yoxlaması üzrə hesabatla birgə “Egmont Group”un Üzvlük, Dəstək və Uyğunluq İşçi Alt-Qrupuna təqdim edilmiş, qiymətləndirmə və müzakirələr əsasında “Egmont Group”un ali idarəetmə orqanı olan MMO Rəhbərləri Şurasına müsbət rəylə təqdim edilmişdir. MMO Rəhbərləri Şurası, öz növbəsində, bu rəyi qəbul edərək Monteneqro MMO-nun üzvlüyünü təsdiq edib.

Xatırladaq ki, MMO-lar arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə 1995-ci il 9 iyun tarixində yaradılmış, baş qərargahı Kanadanın Ottava şəhərində yerləşən “Egmont Group”u cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) aparmaq üçün təhlükəsiz təcrübə və maliyyə kəşfiyyatı mübadiləsi üzrə 166 ölkənin üzv olduğu vahid təşkilatdır. MMO-ların PL/TMM üzrə milli və beynəlxalq təşəbbüsləri dəstəkləməsi bu təşkilatı xüsusilə aktuallaşdırır, habelə PL/TMM üzrə dünya standartlarına uyğun olaraq beynəlxalq səviyyədə məlumat mübadiləsi aparmaq üçün etibarlı platformaya çevirir. Azərbaycan “Egmont Group”un 2011-ci ilin 11-15 iyul tarixlərində keçirilmiş 19-cu plenar iclasında qəbul edilmiş qərarla bu təşkilatın tamhüquqlu üzvü seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR