Azərbaycanın icmal büdcəsində 514 mln. manatlıq kəsir yaranıb

Azərbaycanın icmal büdcəsində 514 mln. manatlıq kəsir yaranıb
  • Clock-gray 10:56
  • calendar-gray 23 İyul 2020

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın icmal büdcəsinin gəlirləri 12 370,5 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 222,9 mln. manat və ya 29,7% azdır.

Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə icmal büdcənin xərcləri 12 884,4 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 203,7 mln. manat və ya 10,3% çoxdur. İcmal büdcədə 513,9 mln. manat kəsir (defisit) yaranıb.

Xatırladaq ki, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 6,8% təşkil edəcəyini proqnozlaşdırır. Proqnoz Azərbaycan üçün neftin itkisiz qiymətinin (break-even oil price) bir barelə görə 50,7 dollar səviyyəsində olacağı nəzərə alınaraq verilib.

Qeyd edək ki, 2019-cu ildə icmal büdcənin gəlirləri 29,235 mlrd. manat məbləğində proqnozlaşdırılsa da, faktiki icra 33,818 mlrd. manat və yaxud 15,7% artıq, yəni 4,583 mlrd. manat çox təşkil edib. İcmal büdcənin xərcləri isə 27,371 mlrd. manata qarşı 26,476 mlrd. manat məbləğində və yaxud 97%-ə yaxın icra edilib. Nəticədə, icmal büdcədə 7,343 mlrd. manat məbləğində profisit olub.

APA-Economics

Digər xəbərlər