Azərbaycanın ilkin gəlirlər balansının kəsiri kəskin azalıb

Azərbaycanın ilkin gəlirlər balansının kəsiri kəskin azalıb
  • Clock-gray 11:42
  • calendar-gray 31 Mart 2021

Cari əməliyyatlar hesabının hissəsi olan ilkin gəlirlər balansında Azərbaycanda 2020-ci ildə neft-qaz sektoru üzrə 1,4 mlrd. dollarlıq kəsir, qeyri-neft sektoru üzrə isə 1 mlrd. dollarlıq profisit yaranıb. Nəticədə ilkin gəlirlər balansında kəsir 4,5 dəfə azalaraq 456 mln. dollara enib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, ilkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4,2 mlrd. dollar olub. Bunun 55,5%-i (2,3 mlrd. dollar) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir.

Bu məbləğin isə əsas hissəsini (1,1 mlrd. dollar) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (0,3 mlrd. dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (0,5 mlrd. dollar) və digər ödənişlər (0,4 mlrd. dollar) təşkil edir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər