Azərbaycanın iqtisadi rayonlarının illik inflyasiya səviyyəsi üzrə renkinqi - I RÜB

 Azərbaycanın iqtisadi rayonlarının illik inflyasiya səviyyəsi üzrə renkinqi - I RÜB
# 21 aprel 2020 11:45 (UTC +04:00)

Azərbaycanın iqtisadi rayonlarında bu ilin yanvar-mart ayları üzrə illik inflyasiya səviyyəsi açıqlanıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ən yüksək illik inflyasiya Quba-Xaçmaz (4,8%) və Yuxarı Qarabağ (4,8%), ən aşağı inflyasiya isə Naxçıvan iqtisadi rayonunda (2%) qeydə alınıb.

Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-mart aylarına nisbətən 103%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,2%, qeyri-ərzaq məhsulları üzrə 101,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,4% təşkil edib.

Cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101%, əvvəlki ilin mart ayına nisbətən 103,3% olub.

Azərbaycan iqtisadi rayonlarının istehlak qiymətləri indeksi:

İqtisadi rayonlar

2020-ci ilin yanvar-mart ayı 2019-cu ilin eyni dövrünə nisbətən, %

2020-ci ilin mart ayı 2020-ci ilin fevral ayına nisbətən,%

2

Yuxarı Qarabağ

104,8

102,1

1

Quba-Xaçmaz

104,8

101,4

3

Lənkəran

104,2

101,5

4

Gəncə-Qazax

104,2

101,1

5

Aran

104,2

101,2

6

Abşeron

104,1

100,9

7

Şəki-Zaqatala

104,0

101,0

8

Dağlıq Şirvan

104,0

101,2

9

Naxçıvan

102,0

101,2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR