Azərbaycanın maliyyə sisteminin aktivlər üzrə pay bölgüsü açıqlanıb

Azərbaycanın maliyyə sisteminin aktivlər üzrə pay bölgüsü açıqlanıb
# 10 mart 2021 10:15 (UTC +04:00)

2020-ci ilin yekunlarına görə, Azərbaycan bank sektorunun cəmi aktivləri 32,1 mlrd. manat təşkil edib ki, bu da maliyyə sisteminin aktivlərinin 69,9%-ni təşkil edib.

"APA-Economics"in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Sığorta sisteminin aktivlərinin ümumi maliyyə sektorunun aktivlərindəki payı isə 2,9%-ə bərabər olub. Yerdə qalan 27,1% BOKT-ların, 0,1% isə investisiya şirkətlərinin payına düşüb.

Qeyd edək ki, 2020-ci ilin yekununda maliyyə sisteminin cəmi aktivləri 45,9 mlrd. manat təşkil edib ki, bu da ÜDM-in 63%-nə, qeyri neft ÜDM-in isə 90%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR