Azərbaycanın mobil rabitə operatorları gəlirlərini artırıb

Azərbaycanın mobil rabitə operatorları gəlirlərini artırıb
# 13 fevral 2020 17:06 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 77,4 mln. manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat ayında ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7% artıb.

Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,3%-ni təşkil edib.

Komitədən həmçinin bildirilib ki, bu ilin ilk ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 187,3 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 71,7%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 24,3% artıb. Bu sahədə əldə olunan gəlirin 77,1%-i qeyri-dövlət sektorunun payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR