Azərbaycanın özəl sektorunda ötən il orta aylıq əməkhaqqı 800 manatdan çox olub

Azərbaycanın özəl sektorunda ötən il orta aylıq əməkhaqqı 800 manatdan çox olub
# 18 fevral 2021 10:57 (UTC +04:00)

2020-ci ilin ilkin məlumatlarına əsasən Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilə nisbətən 11,4% artaraq 707,3 manat

təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunur ki, əməkhaqqı neft-qaz sektorunda 3 326,3 manat, qeyri neft-qaz sektorunda 651,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 631,1 manat, özəl müəssisələrdə isə 801,8 manat olub.

Ötən il informasiya və rabitə (1 072 manat), maliyyə və sığorta (1 719,6 manat), həmçinin peşə, elmi və texniki fəaliyyətlə (1 188,1 manat) məşğul olanların da orta aylıq əməkhaqqı yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR