Azərbaycanın peyk layihələri üzrə qaytarılan kredit borclarının həcmi açıqlanıb

Azərbaycanın peyk layihələri üzrə qaytarılan kredit borclarının həcmi açıqlanıb
# 09 mart 2021 17:00 (UTC +04:00)

Azərbaycanın “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peyk layihələrinin maliyyələşdirilməsi məqsədilə cəlb edilən kreditlərin ödənilməsi üzrə ötən müddət ərzində 188,4 mln. ABŞ dolları və 58,1 mln. avro məbləğində əsas borc məbləği, 32,3 mln. dollar və 3,5 mln. avro məbləğində faiz məbləği olmaqla kredit ödənişləri həyata keçirilib.

APA-Economics”in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, 2020-ci il ərzində Azərbaycanın “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peyklərindən əldə olunan gəlirin həcmi müvafiq olaraq 17,6 və 22,4 mln. ABŞ dolları təşkil edib.

Ümumilikdə, “Azerspace-1” peykindən kommersiya fəaliyyətinə başladığı gündən 124 mln. dollar məbləğində gəlir əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR