Azərbaycanın qeyri-neft ixracı 3,3% artıb

Azərbaycanın qeyri-neft ixracı 3,3% artıb
# 15 aprel 2020 11:51 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycandan 429 001,59 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, qeyri-neft ixracında ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% və ya 13 714,61 min dollar həcmində artım müşahidə olunub.

Qeyd edək ki, cari ilin yanvar-mart ayları ərzində Azərbaycandan ümumilikdə 4 206 765,01 min dollar dəyərində (hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb) 1 785 çeşiddə mal ixrac olunub. Beləliklə də bu ilin I rübü ərzində ölkənin cəmi ixracının 10,2%-ni qeyri-neft sektoru əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR