Azərbaycanın qeyri-neft ixracı yanvar-apreldə 549 mln. dollar olub

Azərbaycanın qeyri-neft ixracı yanvar-apreldə 549 mln. dollar olub
# 01 iyun 2020 11:11 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə 549 mln. ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.

"APA-Economics"in məlumatına görə, bunu "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə "İxrac İcmalı"nın 2020-ci ilin may sayının onlayn təqdimatında deyib.

Onun sözlərinə görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-aprel ayları ərzində koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində qeyri-neft sektoru üzrə ixrac 5,8% azalıb.

Bu ilin yanvar-aprel ayları ərzində Rusiyaya 186,2 mln. dollar, Türkiyəyə 122,2 mln. dollar, Gürcüstana 58,8 mln. dollar, İsveçrəyə 48,5 mln. dollar və Çinə 18,1 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk 4 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 13%, İsveçrəyə 9% və Çinə 45% artıb.

2020-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (73,3 mln. dollar) birinci, pambıq mahlıcı (44,3 mln. dollar) ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 43,7 mln. dollar) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin ilk 4 ayı ərzində meyvə-tərəvəz ixracı 153,9 mln. dollar, plastmasa və onlardan hazırlanan məmulatların ixracı 60,5 mln. dollar, pambıq lifi ixracı 45 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 25,8 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 26,5 mln. dollar, elektrik enerjisinin ixracı 34,3 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 15,1 mln. dollar, pambıq ipliyi ixracı 8,7 mln. dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,8 mln. dollar, şəkər ixracı isə 4,5 mln. dollar təşkil edib.

Cari ilin aprel ayında isə qeyri-neft sektoru üzrə ixrac 120 mln. dollar təşkil edib. Bu ilin aprel ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (51,8 mln. dollar), Türkiyəyə (17,8 mln. dollar), Gürcüstana (15,9 mln. dollar), İsveçrəyə (7,7 mln. dollar) və Çinə (6 mln. dollar) ixrac edilib.

2020-ci ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor – 29,4 mln. dollar) birinci, elektrik enerjisi (16,4 mln. dollar) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 7,4 mln. dollar) üçüncü yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR