Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin 6 əsas strateji məqsədi müəyyən edilib

Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin 6 əsas strateji məqsədi müəyyən edilib
  • Clock-gray 11:15
  • calendar-gray 22 Dekabr 2020

Qarşıdakı 4 il ərzində Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin 6 əsas strateji məqsədi müəyyən edilib.

APA-nın məlumatına görə, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.

Gələn il üçün büdcə zərfinə daxil olan sənədə əsasən, həmin strateji məqsədlər aşağıdakılardır:

- Makroiqtisadi sabitliyin qorunub saxlanılması və fiskal dayanıqlığın gücləndirilməsi, iqtisadiyyatda şəffaflığın artırılması;

- Milli iqtisadiyyatın və ixracın rəqabət qabiliyyətinin yüksəldilməsi, dövlət mülkiyyətində olan müəssisələrin səmərəliliyinin artırılması, özəl investisiyaların genişləndirilməsi ilə prioritet sektorların inkişafının təmin edilməsi;

- Milli innovasiya ekosisteminin inkişaf etdirilməsi və insan kapitalının inkişafının sürətləndirilməsi, bilik iqtisadiyyatının rolunun artırılması;

- Regionların davamlı və tarazlı inkişafının təmin edilməsi və işğaldan azad edilən ərazilərin bərpası;

- Pandemiya və post-pandemiya dövründə əhalinin sağlamlığının qorunması, sosial müdafiə və təminatının gücləndirilməsi;

- Ekoloji tarazlığın qorunması, mövcud resurslardan, o cümlədən su resurslarından səmərəli istifadənin təmin edilməsi və yaşıl iqtisadiyyatın təşviq edilməsi.

Firuzə Vahid

Digər xəbərlər