Azərbaycanın strateji valyuta ehtiyatları bu il ÜDM-in 118%-ni təşkil edəcək

Azərbaycanın strateji valyuta ehtiyatları bu il ÜDM-in 118%-ni təşkil edəcək
# 23 dekabr 2020 15:19 (UTC +04:00)

2020-ci ilin yekunlarına əsasən Azərbaycanın strateji valyuta ehtiyatlarının gözlənilən ÜDM-in 117,9%-ni təşkil edəcəyi proqnozlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə bildirilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin proqnozuna görə, bu il ölkədə 71,8 mlrd. manatlıq ÜDM istehsalı gözlənilir.

Sənəddə bildirilir ki, valyuta ehtiyatlarının həcmi 41 aylıq idxalın ödənilməsi üçün kifayətdir. Bu göstəriciyə qarşı tələb isə ən azı 3 aylıq idxalı əvəz etməyə malik olmalıdır.

Bundan əvvəl, Mərkəzi Bankın dərc etdiyi məlumatda bildirilmişdi ki, profisitli xarici ticarət balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları 50 mlrd. ABŞ dollarını ötüb və valyuta ehtiyatları illik ÜDM-i üstələməkdə davam edir.

Xatırladaq ki, 2019-cu ilin yekunlarına əsasən Azərbaycanın strateji valyuta ehtiyatları 49 581,3 mln. dollar və ya ÜDM-in 103,2%-nə bərabər idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR