Azərbaycanın tədiyə balansında ötən il ÜDM-in 4,7%-i qədər kəsir yaranıb

Azərbaycanın tədiyə balansında ötən il ÜDM-in 4,7%-i qədər kəsir yaranıb
# 31 mart 2021 10:51 (UTC +04:00)

2020-ci il üzrə Azərbaycanın cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. ABŞ dolları və ya ÜDM-in 0,5%-ni təşkil edib. Halbuki 2019-cu ildə 4,4 mlrd. dollarlıq profisit olmuşdu.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, neft-qaz sektoru üzrə CƏB (cari əməliyyatlar balansı) profisiti ötən ilə nəzərən (ö.i.n.) 2,3 dəfə azalaraq 5,1 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 25,4% azalaraq 5,3 mlrd. dollar məbləğində olub.

Beləliklə, 2020-ci ildə Azərbaycanın tədiyə balansının ümumi saldosunda 1 987,7 mln. dollarlıq (ÜDM-in 4,7%-i) kəsir yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR