Azərbaycanın tədiyyə balansının maliyyə hesabının kəsiri altı dəfədən çox artıb

Azərbaycanın tədiyyə balansının maliyyə hesabının kəsiri altı dəfədən çox artıb
# 15 dekabr 2020 15:45 (UTC +04:00)

Bu ilin doqquz ayı üzrə Azərbaycanın tədiyə balansının maliyyə hesabının kəsiri illik müqayisədə 6,2 dəfə artaraq 2 105,67 mln. ABŞ dolları və ya real ÜDM-in 4%-ni təşkil edib.

Mərkəzi Bankdan "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin doqquz ayı üzrə ölkənin xalis maliyyə aktivləri 512,8 mln. dollar artıb və bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (519,5 mln. dollar), portfel investisiyaları (-18,5 mln. dollar) və digər investisiyalar (11,8 mln. dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 1 592, 8 mln. dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (-327, 3 mln. dollar), neft bonusu (451,6 mln. dollar), portfel investisiyaları (-303,1 mln. dollar) və digər investisiyalar (-1 414 mln. dollar) hesabına formalaşıb.

Qeyd edək ki, "Moody's Investors Service" şirkətinin yayda verdiyi proqnoza görə, neftin 1 barelinin orta qiymətinin 35 ABŞ dolları olduğu təqdirdə bu il ölkənin tədiyə balansının maliyyə hesabının ÜDM-ə nisbəti 3,6 faiz bəndi azalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR