Azərbaycanın ticarət dövriyyəsinin həcmi 2025-ci ilədək 28 mlrd. dolları ötəcək - CƏDVƏL

Azərbaycanın ticarət dövriyyəsinin həcmi 2025-ci ilədək 28 mlrd. dolları ötəcək - CƏDVƏL
# 24 dekabr 2020 14:14 (UTC +04:00)

2021-ci ildə Azərbaycandan mal ixracının həcminin 13,330 mlrd. ABŞ dolları, ölkəyə mal idxalının həcminin isə 10,654 mlrd. dollar təşkil edəcəyi proqnozlaşdırılır. Beləliklə, ümumi ticarət dövriyyəsinin həcminin 23,984 mlrd. dollar olacağı gözlənilir.

"APA-Economics"in məlumatına görə, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.

Göstəricilərə əsasən, gələn il saldo müsbət olacaq və 2,676 mlrd. dollar təşkil edəcək.

2022-2024-cü illər üzrə Azərbaycanın ticarət dövriyyəsi üzrə proqnoz

Göstəricilər, mlrd. $

2022-ci il

2023-cü il

2024-cü il

İxrac

14,725

15,880

16,540

İdxal

11,194

11,479

11,905

Ümumi dövriyyə

25,919

27,359

28,445

Saldo

3,531

4,401

4,635

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2019-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 30,041 mlrd. dollar, o cümlədən ixrac 17,656 mlrd. dollar, idxal isə 12,385 mlrd. dollara bərabər olub. Bu ilin yanvar-noyabr aylarında isə ölkənin ticarət dövriyyəsinin həcmi 19,894 mlrd. dollar, ixrac 11,127 mlrd. dollar, idxal isə 8,767 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR