Azərbaycanın xarici dövlət borcu ÜDM-in 20,7%-ni təşkil edir

Azərbaycanın xarici dövlət borcu ÜDM-in 20,7%-ni təşkil edir
  • Clock-gray 18:12
  • calendar-gray 19 Fevral 2021

Yanvarın 1-i vəziyyətinə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycan Respublikasının birbaşa xarici dövlət borcu 8 100,4 mln. ABŞ dolları və ya 2020-ci il üzrə ÜDM-in 19%-ni, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 mln. dollar və ya ÜDM-in 1,7%-ni təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 821,5 mln. dollar (14 996,5 mln. manat) və ya ÜDM-in 20,7%-ni təşkil edib.

Bu barədə "APA-Economics"ə Azərbaycan Maliyyə Nazirliyindən bildirilib.

"Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir", - nazirlikdən qeyd olunub.

Yanvarın 1-i tarixinə birbaşa daxili dövlət borcu 1 726,0 mln. manat və ya ÜDM-in 2,4%-ni, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 216,3 mln. manat və ya ÜDM-in 0,3%-ni təşkil etməklə, daxili dövlət borcu 1 942,1 mln. manat və ya ÜDM-in 2,7%-ni təşkil edib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər