Azərbaycanın xarici ticarət dövriyyəsi 26%-dək azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 26%-dək azalıb
# 16 noyabr 2020 16:41 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni ayları ilə müqayisədə 25,7% azalaraq 21 001 379,8 min ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk on ayında Azərbaycan xarici ölkələrə 12 234 023,59 min. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 8 767 356,16 min. dollar olub. Nəticədə, 3 466 667,4 min. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayları ilə müqayisədə 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 35,4% azalıb, ixrac və idxal isə müvafiq olaraq 27,3% və 23,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR