Azərbaycanın xarici ticarət dövriyyəsi yanvarda 16%-dək azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsi yanvarda 16%-dək azalıb
# 19 fevral 2021 17:58 (UTC +04:00)

2021-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2020-ci ilin eyni ayı ilə müqayisədə 15,4% azalaraq 2 411 514,7 min ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat ayında Azərbaycan xarici ölkələrə 1 624 012,99 min. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 787 501,66 min. dollar olub. Nəticədə, 836 511,3 min. dollarlıq müsbət ticarət saldosu yaranıb.

2020-ci ilin yanvar ayı ilə müqayisədə ötən ay Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 40,64%, ixrac və idxal isə müvafiq olaraq 23,8% və 9,2% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR