Azərbaycanın xarici ticarət dövriyyəsində 3,2 mlrd. dollarlıq müsbət saldo yaranıb

 Azərbaycanın xarici ticarət dövriyyəsində 3,2 mlrd. dollarlıq müsbət saldo yaranıb
  • Clock-gray 12:52
  • calendar-gray 14 Avqust 2020

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni ayları ilə müqayisədə 27,4% azalaraq 15 031 904,16 min ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk yeddi ayında Azərbaycan xarici ölkələrə 9 131 138,02 min. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 5 900 766,14 min. dollar olub. Nəticədə, 3 230 371,88 min. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayları ilə müqayisədə 2020-ci ilin yanvar-iyul aylarında ixrac və idxal isə müvafiq olaraq 25,6% və 30% azalıb.

 

APA-Economics

Digər xəbərlər