Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 43% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 43% azalıb
# 28 dekabr 2020 17:14 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni ayları ilə müqayisədə 25,9% azalaraq 22 746 064,19 min ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk on bir ayında Azərbaycan xarici ölkələrə 13 060 548,39 min. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 9 685 515,80 min. dollar olub. Nəticədə, 3 375 032,6 min. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayları ilə müqayisədə 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 43% azalıb, ixrac və idxal isə müvafiq olaraq 28,6% və 21,8% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR