Azərbaycanla Rusiya arasında mənfi ticarət saldosu 14% azalıb

Azərbaycanla Rusiya arasında mənfi ticarət saldosu 14% azalıb
# 15 sentyabr 2020 12:00 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 1,71 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,3% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 1,2% artaraq 463,31 mln. dollar, idxalın həcmi isə 8,8% azalaraq 1,25 mlrd. dollar təşkil edib.

Hesabat dövründə 786,03 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR