BFB: Kapital bazarında tarif rejiminin optimallaşdırılması listinq üzrə müraciətləri artırıb

BFB: Kapital bazarında tarif rejiminin optimallaşdırılması listinq üzrə müraciətləri artırıb
# 21 dekabr 2020 10:59 (UTC +04:00)

Milli Depozit Mərkəzinin (MDM) yeni tariflərinin qüvvəyə minməsi nəticəsində tənzimlənən bazarda emitentlərin və investorların tarif yükü azaldılıb. Bu, kapital bazarının tənzimlənən seqmentinin və şirkətlərin fond birjasında listinqə çıxışının təşviqi, eyni zamanda, təkrar bazar əməliyyatlarının stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu barədə “APA-Economics”ə BFB-dən bildirilib.

Qeyd olunub ki, yeni tarif rejimi çərçivəsində fond birjasında listinqdə çıxan şirkətlər tərəfindən MDM-ə ödənilən tariflər iki dəfədən çox aşağı salınıb, həmçinin fond birjasında korporativ qiymətli kağızlarla təkrar bazar, marketmeyker və repo əqdlərinin qeydiyyatı üzrə MDM tərəfindən investorlardan tutulan tariflər optimallaşdırılıb.

“Nəticədə listinqdə daxil olmaq üçün Bakı Fond Birjasına müraciətlərin sayı artıb. Hesab edirik, kapital bazarında qəbul edilmiş yeni tarif siyasəti fond birjasında lisitinqə çıxan şirkətlərin sayının və aparılan əməliyyatların həcminin daha da artmasını təmin edəcək”, - BFB-dən bildirilib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə Milli Depozit Mərkəzinin yeni xidmət haqları ötən həftə təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR