BFB-də AMB-nin 100 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 100 mln. manatlıq notları yerləşdirilib
# 01 aprel 2020 15:25 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101279S dövlət qeydiyyat nömrəli, 100 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 3 investor tərəfindən qiymət intervalı 99,4416 manat (7,22%) və 99,4773 manat (6,76%) olan 4 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 37 701 500 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4416 manat (7,22%), orta ölçülmüş qiyməti isə 99,4651 manat (6,91%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 37 701 500 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 29 aprel 2020-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR