BFB-də AMB-nin 100 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 100 mln. manatlıq notları yerləşdirilib
  • Clock-gray 13:30
  • calendar-gray 09 Dekabr 2020

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 501000986S dövlət qeydiyyat nömrəli, 100 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 99,4974 manat (6,49%) və 99,5351 manat (6,01%) 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 438 779 900 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5351 manat (6,01%), orta ölçülmüş qiyməti 99,5351 manat (6,01%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 6 yanvar 2021-ci ildir.

APA-Economics

Digər xəbərlər