BFB-də AMB-nin 170 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 170 mln. manatlıq notları yerləşdirilib
# 11 dekabr 2019 15:37 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50103676S dövlət qeydiyyat nömrəli, 170 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 99,5351 manat (6,01%) olan 29 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 991 847 300 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5351 manat (6,01%), orta ölçülmüş qiyməti isə 99,5351 manat (6,01%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 9 yanvar 2020-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR