BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib

 BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib
  • Clock-gray 12:44
  • calendar-gray 04 Noyabr 2020

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 501000486S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 99,4974 manat (6,49%) və 99,5351 manat (6,01%) 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 877 278 700 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5351 manat (6,01%), orta ölçülmüş qiyməti 99,5351 manat (6,01%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 2 dekabr 2020-ci ildir.

APA-Economics

Digər xəbərlər