BFB-də İKZF istiqrazlarının növbəti tranşı yerləşdirilib

BFB-də İKZF istiqrazlarının növbəti tranşı yerləşdirilib
  • Clock-gray 15:34
  • calendar-gray 01 Dekabr 2020

Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) AZ2050008682 ISIN-li, 50 mln. manat həcmində, 7 920 tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 mln. manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilən həcmi 50 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 8 avqust 2042-ci ildir.

Xatırladaq ki, İKZF bu il ümumi həcmi 250 mln. manat təşkil edən istiqrazlar emissiya edib.

APA-Economics

Digər xəbərlər