BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib
  • Clock-gray 17:35
  • calendar-gray 28 Yanvar 2020

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0108001782 ISIN-li, 10 mln. manatlıq, 1820 (5 il) gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 80,0002 AZN (14,2246%) və 102,2338 AZN (7,9498%) olan 25 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,2406 AZN (8,44%) orta ölçülmüş qiyməti 101,3644 AZN (8,1622%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 539 600 manat yerləşdirilmiş həcmi isə 10 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 2025-ci ilin yanvarın 21-dir.

Hərrac iştirakçıları 29 yanvar 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

 

Mirsəid İbrahimzadə

Digər xəbərlər