BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib
  • Clock-gray 17:33
  • calendar-gray 10 Dekabr 2019

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0105023755 ISIN-li, 10 mln. manatlıq, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 99,4700 AZN (7,7913%) və 101,3071 AZN (6,79%) olan 18 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,9182 AZN (7%) orta ölçülmüş qiyməti 101,1216 (6,89%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 45 445 300 manat yerləşdirilmiş həcmi isə 10 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 2021-ci ilin dekabrın 7-dir.

Hərrac iştirakçıları 11 dekabr 2019-cu il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Mirsəid İbrahimzadə

Digər xəbərlər