BFB-də Maliyyə Nazirliyinin 2 416,4 min manatlıq DOİ emissiyası yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 2 416,4 min manatlıq DOİ emissiyası yerləşdirilib
# 01 sentyabr 2020 16:58 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0108001782 ISIN-li, 10 mln. manatlıq, 1 820 gün tədavül (1603 gün dövriyyə) müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 85,4000 AZN (13,1472%) və 92,3816 AZN (10,9226%) olan 9 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 91,4193 AZN (11,2165%), orta ölçülmüş qiyməti isə 92,2814 AZN (10,9530%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 27 233 100 manat, yerləşdirilmiş həcmi isə 2 416 400 manat təşkil edib. İstiqrazların ödəmə tarixi 2025-ci ilin yanvarın 21-dir.

Hərrac iştirakçıları 2 sentyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50%-dək artırıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR