BFB-də Maliyyə Nazirliyinin 30 mln. manatlıq DOİ emissiyası yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 30 mln. manatlıq DOİ emissiyası yerləşdirilib
# 07 iyul 2020 17:21 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0106011783 ISIN-li, 20 mln. manatlıq, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 90,0269 AZN (12,9%) və 101,0892 AZN (9,39%) olan 20 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,9454 AZN (9,47%), orta ölçülmüş qiyməti 100,9641 (9,4596%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 73 020 100 manat yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edib. Buraxılış şərtinə uyğun olaraq, tələb təklifi üstələdiyi üçün emitent buraxılış həcmindən əlavə 50% (10 mln. manat) artığını təmin edib.

İstiqrazların ödəmə tarixi 2022-ci ilin iyulun 5-dir.

Hərrac iştirakçıları 8 iyul 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR