BFB-də Maliyyə Nazirliyinin 30 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 30 mln. manatlıq istiqrazları yerləşdirilib
# 06 oktyabr 2020 16:59 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0105019787 ISIN-li, 30 mln. manatlıq, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 97,5355 AZN (9,38%) və 100,9128 AZN (7,5%) olan 15 sifariş təqdim təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100 AZN (8%), orta ölçülmüş qiyməti 100,0270 AZN (7,9851%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 79 689 000 manat yerləşdirilmiş həcmi isə 45 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 2022-ci il oktyabrın 4-dür. Hərrac iştirakçıları 7 oktyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd ədək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50%-dək artırıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR